`Yeni Klinika`da BİABIRÇI MƏNZƏRƏ
"Bəzi ağzıgöyçəklər sosial şəbəkələrdə qazilərin şikayətinin əsassız olduğunu iddia edir, yalanlamağa çalışırlar. Lakin mən şəxsən 19 avqust 2024-cü il tarixdə ölkənin ən öndə gedən xəstəxanalarından biri olan Yeni Klinikada qaziyə qarşı iyrənc bir münasibətin şahidi oldum". Dia-az.İnfo xəbər verir ki, bunu açıqlamasında tanınmış iqtisadçı-ekspert Akif Nəsirli qeyd edib.
Ekspert daha sonra müşahidə etdiklərini belə ifadə edir: "Belə ki, 44 günlük Vətən Müharibəsinin ilk günündən sonuna qədər könüllü döyüşən Nəsirov Tufan Yasif oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasından göndərişlə Bakıdakı Yeni Klinikaya təcili yardım briqadası ilə yola salınıb. Xəstədə intensiv sudrqalar baş verirmiş. Təcili yardım biriqadasının məlumatına görə, Beyləqandan Bakıya gələnə qədər, dörd saat ərzində xəstənin epileptik tutmalarının sayı beşə çatıb. Biz də həmin gün xəstə ilə bərabər saat 15.00 radələrində paytaxtdakı "Yeni Klinika"ya çatdıq və dərhal qəbul şöbəsinə yaxınlaşaraq xəstənin sənədləşdirməsi işlərinə başladıq. Əvvəlcə bizi xəstəxananın nevroloqu Ülviyyə həkimin qəbuluna göndərdilər. Ülviyyə xanım soyuqqanlı şəkildə bildirdi ki, sizin ambulator müayinə növbəniz 32-cidir, zəhmət çəkib gözləyin. Biz "doktor bizdən əvvəl cəmi bir nəfər var, xahiş edirik ondan sonra qazinı qəbul edin" desək də, həkim "sizin növbəyə hələ bir-iki saat var, istəyirsinizsə, bizim xəstəxananın təcili tibbi yardım şöbəsinə müraciət edin, xəstənizi ordan müalicə üçün qəbul edərik", dedi. Biz əlacsız durumda həkimin məsləhəti ilə xəstəni elə Beyləqandan gətirdikləri xərəkdə, anlaqsız vəziyyətdə xəstəxananın təcili tibbi yardım şöbəsinə apardıq. Ən dəhşətlisi budur ki, orda heç bir həkim tapmadıq. Səhiyyə Nazirliyinin və TƏBİB-in qaynar xətti ilə əlaqə qurub, danışıb - şikayət etdikdən sonra bir neçə tibbi personal və həmin nevroloq Ülviyyə xanım gəlib xəstənin müayinə sənədlərinə baxdıqdan sonra dedi ki, mən nevroloqam, amma bu xəstənin problemi psixiatrikdir, bizim xəstəxanada isə psixiatr yoxdur, ona görə də siz psixiatriya şöbəsi olan bir xəstəxanaya getməlisiniz. dia.az
Qeyd edim ki, bu "ötür-ötür oyunu" baş verən müddətdə xəstənin epileptik tutmalarını Beyləqandan gələn briqada üzvləri operativ tibbi yardım göstərərək ayıldırdılar. Bütün bu baş verənlər isə, yuxarıda qeyd etdiyim kimi, paytaxtdakı klinikanın tibbi personalının, o cümlədən də həkim-nevroloq Ülviyyə xanımın gözləri önündə baş verirdi. Bununla belə həkim israr edirdi ki, bu xəstə bizlik deyil. Beləcə, Qarabağ qazisinin xəstəxanaya qəbulundan imtina edildi. Sonradan bəlli olub ki, bu imtina tamamilə əsassızmış. Xəstəxana rəhbərliyi və həkim-nevroloq Ülviyyə xanım düşünüblər ki, bu qazıdır, bundan bizə bir xeyir yoxdur, ən yaxşısı budur ki, bir bəhanə ilə qəbuldan imtina edək. Rəhbərlik hər halda Qarabağ qazisinin düşdüyü bu vəziyyəti görmürdü, amma Ülviyyə xanım onun keçirdiyi halları müşahidə edirdi və riyakarcasına "bu xəstə bizlik deyil" deyirdi. Belə həkimlərin bu sənətdən qazandıqları ömrü boyu halal ola bilməz. Haram isə ilan zəhəri kimi onları zəhərləyəcək.
Və beləcə, "ötür-ötür"dən sonra biz qazilərə xidmət mərkəzinə müraciət edib, məsələni Ülviyyə həkimin dediyi kimi onlara izah etdik. Mərkəzdən bizi səhər saat 9.00-dan 14.00-a qədər işləyən "Psixoloji Sağlamlıq Mərkəzi"nə yönəltdilər. Səhəri gün həmin mərkəzdən bizə bildirdilər ki, bu xəstə nevroloji xəstədir, xəstənin psixoloji durumu normaldır. Bundan sonra biz nevroloq axtarışı ilə paytaxdakı xəstəxanaların birinə müraciət etdik. Cəmi bir neçə dəqiqə ərzində xəstə xəstəxanaya yatırıldı və dərhal müalicəsinə başlanıldı. Hazırda qazımız həmin xəstəxanada tibbi personalın intensiv nəzarəti altında nevroloq müalicəsi alır.
Əziz oxucular indi siz deyin, bu kimi hallar dövlət adına, hökumət adına biabırçılıq deyil, bəs nədir? Burdan Yeni Klinikanın rəhbərliyinə və riyakar həkimlərınə üz tutaraq deyirik, o, qazinın 44 gün açıq səma altında verdiyi mücadilə sizə haram olsun! Tutaq ki, sizin xəstəxanada qazinın müalicəsi mümkün deyil, axşam saat 17.00-da, iş vaxtının bitdiyi bir zamanda bu cür ağır vəziyyətdə olan insanı taleyin ümidinə buraxıb, xəstəxanadan qovmaq olarmı?!"
Dia-az.İnfo qeyd edir ki, fikrinin sonunda Akif Nəsirli əlaqədar qurum və şəxslərə baş verənlərlə bağlı müraciət də edib. O deyib: "Mən bu fürsətdən istifadə edib bütün aidiyyatı qurumlara və "Dəmir yumruq" sahibi, cənab prezidentə səslənirəm - Qarabağ döyüşçüsünə bu cür biganə yanaşan həkim personalı Azərbaycan xəstəxanalarında çalışa bilməz, bunlar vətən xainidirlər".

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Adil Əliyevin qanunların əleyhinə fərqli siyasi prinsipi ...
23 Aprel 2025 Dövlət büdcəsini asfaltda əzdilər, qalanını divara suvayırlar... - VİDEO
23 Aprel 2025 Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI... - BU NƏDİ BELƏ?..
23 Aprel 2025 Estetik prosedurun daha bir qurbanı... - Ayağındakı deşikdən 10 aydır irin axır - FOTO
23 Aprel 2025 Ağacları məhv edərək “planeti qoruyan” şirkət: “Avant Group” kimindir?
22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO

Dünyapress TV

Xəbər lenti